Fəxrəddin Koca "Covid-19"un "delta" variantı və dördüncü dalğa ilə bağlı açıqlama verib

Səhiyyə naziri Fəxrəddin Koca Türkiyədə müşahidə olunan  yeni növ koronavirusun (Covid-19) "delta" variantının getdikcə artdığını bildirib.

1674672

Nazir "750 nəfərdə virusun bu ştammı aşkarlanıb və vilayətlərin sayı isə 36-ya yüksəlib. "Delta plus" variantı 3 şəhərdə 3 nəfərdə aşkarlanıb" deyib.

Nazir Koca iyulun 12-də keçirilən Kabinet iclasından sonra sualları cavablandırarkən bildirib ki, Türkiyədə peyvəndlənmə sürətlə davam edir. Bəzi ölkələrdə müşahidə olunan epidemiyanın dördüncü dalğası ilə əlaqədar olaraq, hal-hazırda belə bir vəziyyət yoxdur, ancaq bunun olmayacağı demək deyil. Fəal şəkildə peyənd olunma və kollektiv immunitetin təmin edilməsi yalnız dördüncü dalğanın qarşısını ala bilər. Kollektiv immunitet 70 və ya hətta 80 faiz səviyyəsində  əldə edildikdə, epidemiya sona çatar və ya azalar ən azından normal həyat geri qaytarıla bilər. 

F. Koca bu günə qədər Rusiyadan 400 min doza "Sputnik V" peyvəndi alındığını, bayramdan sonra da vaksin tədarükünün davam edəcəyini vurğulayıb.

Әlaqәli Xәbәrlәr