Ərdoğanla Putin arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin ilə telefonla danışıb.

1664357
Ərdoğanla Putin arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin ilə telefonla danışıb.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, telefon söhbəti zamanı Rusiyanın Türkiyə ilə hava nəqliyyatını bərpa etmək və  "Sputnik V" peyvəndinin tədarükünə başlanması mövzusunun müzakirə olunduğu bildirilib.

Qarabağdakı vəziyyətlə bağlı son vəziyyətin də müzakirə olunduğuna işarə edilən məlumatda "Dövlət başçıları Rusiya və Türkiyə hərbçilərinin birgə fəaliyyətləri müsbət qiymətləndirildi. Türkiyə Prezidenti Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020 və 11 yanvar 2021 tarixli bəyanatlarında nəzərdə tutulan razılaşmaların tam yerinə yetirilməsini təmin etmək üçün Rusiyanın səylərini dəstəklədiyini dilə gətirdi" deyilib.

Məlumatda hər iki liderin bölgədəki iqtisadi inkişaf və nəqliyyat infrastrukturunun bərpası daxil olmaqla koordinasiyanı davam etdirməyə hazır olduqlarını təsdiqlədikləri qeyd edilib.

Suriya böhranının həlli ilə bağlı məsələlərin də müzakirə edildiyi bildirilən açıqlamada "Rusiya və Türkiyə ordularının İdlibdə və ölkənin şimal-şərqində gərginliyin artmasının qarşısını almaqla bağlı birgə fəaliyyətlərinin və bu bölgələrdə qalan terror qruplarına qarşı mübarizə aparılmasının vacibliyi vurğulandı" ifadəsi yer alıb.

Açıqlamada şəxsi təmaslarını davam etdirməyə razılıq verən iki liderin görüşü zamanı Putinin İsveçrənin Cenevrə şəhərində ABŞ Prezidenti Co Bayden ilə keçirdiyi görüş barədə Prezident Ərdoğanla təəssüratlarını bölüşdüyü bildirilib.



Әlaqәli Xәbәrlәr