Fəxrəddin Koca: “Sputnik V” peyvəndinin ilk partiyası may ayının əvvəlində Türkiyəyə gətiriləcək"

Səhiyyə naziri bildirib ki,  6 ay ərzində 50 milyon doza alınacaq "Sputnik V" peyvəndinin ilk partiyası may ayı ərzində mümkün olacaq.

1631796
Fəxrəddin Koca: “Sputnik V” peyvəndinin ilk partiyası may ayının əvvəlində Türkiyəyə gətiriləcək"

Səhiyyə naziri Fəxrəddin Koca yeni növ koronavirus infeksiyasına qarşı Rusiya istehsalı “Sputnik V” peyvəndinin ilk partiyasının Türkiyəyə çatdırılmasının may ayının əvvəlində reallaşdırılacağını bildirib. 

Nazir Koca Antalyada verdiyi açıqlamada “Ən qısa zamanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Rusiya istehsalı “Sputnik V” peyvəndinin Türkiyədə tətbiqinə başlanılacaq” deyib.

Nazir bildirib ki,  6 ay ərzində 50 milyon doza alınacaq "Sputnik V" peyvəndinin ilk partiyası may ayı ərzində mümkün olacaq. Bir həftə, 10 gün ərzində nə qədər peyvəndin gələ biləcəyi dəqiqləşəcək.

F. Qoca qeyd edib ki, 50 milyon doza “Sputnik V” peyvəndinin çatdırılması üçün müqavilə imzalanıb.

Nazir onu da deyib ki, iyun ayında ən az 40 yaşdan yuxarı vətəndaşların peyvənd olunması mövzusunda qəti qərarlıyıq. Yay dövründə də 18 yaş və yuxarı olan vətəndaşların peyvəndlənməsi üçün fəaliyyətlər davam edir.

 



Әlaqәli Xәbәrlәr