Türkiyədə 1,5 milyon bina bərpa olunub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 81 rayonu və 922 qəsəbəsinin hər birində bu günə qədər 1,5 milyon binanın bərpa işlərinin tamamlandığını söyləyib

1588594
Türkiyədə 1,5 milyon bina bərpa olunub
erdogan-ayda bebek.jpg
erdogan.jpg

 

   Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 81 rayonu və 922 qəsəbəsinin hər birində bu günə qədər 1,5 milyon binanın bərpa işlərinin tamamlandığını söyləyib.

  Ölkə prezidenti İzmirin Bayraklı rayonunda Zəlzələ Binaları Təməlatma və Göztepe Stadiumunun açılış mərasimində iştirak edib və çıxışlarında deyib: "İzmirdə zəlzələdən 10 ay sonra - 2021-ci ilin avqust ayından evlərin təslimatına başlayırıq. Mərhələ halında əvvəlcə 5 min bina təslim edəcəyik.

  Son 8 ildə İzmirdə riskli olduğu təsbit edilən 20 minə yaxın binadan 18 minə yaxınını sökmüşük.

  Türkiyənin 81 rayonu, 922 qəsəbəsinin hər birində bu günə qədər 1,5 milyon binanın bərpa işləri bitib”.

  Görüşlərdən sonra Ərdoğan həyat yoldaşı Əminə xanımla birlikdə İzmirdə oktyabr ayında baş verən zəlzələdə dağıntılar altından 91 saat sonra sağ qurtarılan Ayda körpənin yaxınları ilə bir araya gəlib. Əminə Ərdoğan Ayda balanı öpüb. Prezident Ərdoğan Ayda və böyük qardaşı Atakanla yaxından maraqlanıb. Ərdoğanlar ailəsi Ayda və Atakana oyuncaq hədiyyə edib.



Әlaqәli Xәbәrlәr