Yunanıstanın Türkiyə sularına itələdiyi qaçqınlar xilas edilib

Çanaqqala və İzmir sahillərində Yunanıstan Sahil Mühafizə Xidmətinin dənizin ortasına atdığı 60 miqrantı Türkiyə Sahil Mühafizə Komandanlığı xilas edib.

1442472

Yunanıstanın Middili adasına keçməyə cəhd edən xarici ölkə vətəndaşları rezin qayıqla Çanaqqala vilayətinin Ayvacık rayonu sahillərindən Egey dənizinə açılıblar. 
Yunanıstanın Sahil Mühafizə Xidmətinin Türkiyənin sularına itələdiyi bildirilən müxtəlif ölkələrə mənsub 24 nəfərin yerləri müəyyən edilib. 
Sahil Mühafizə Xidməti Komandanlığına məxsus qayıqlara mindirilən bu şəxslər Ayvacık qəsəbəsinin Küçükkuyu Polis Bölməsinə aparılıb.
İzmir şəhərinin Foça rayonu sahillərində də Yunanıstan Sahil Mühafizə Xidməti tərəfindən Türkiyənin sularına itələnən 2 salda qanunsuz miqrantların olduğuna dair məlumat əldə olunması nəticəsində bölgəyə Sahil Mühafizə Komandanlığı dəstələri cəlb olunub. 
Sallardakı 36 qanunsuz miqrant xilas edilib.

Әlaqәli Xәbәrlәr