Çavuşoğlu: “Liviyaya muzdlu hərbçi göndərilməsini istəmirik”

Türkiyə Liviyada muzdlu əsgərlərin olmasını müsbət qalşılamır və bunun ölkədə sülh və sabitliyin bərpasına töhfə vermiyəcəyinə inanır. Bunu Xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib.

1335612
Çavuşoğlu: “Liviyaya muzdlu hərbçi göndərilməsini istəmirik”

Xarici işlər naziri Çavuşoğlu Türkiyədə səfərdə olan Cənubi Sudan Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Avut Denq Acuil ilə görüşüb. İki nazir danışıqlardan sonra birgə mətbuat konfransı təşkil etdi.

Çavuşoğlu Türkiyənin Liviyaya hərbçi göndərmə qərarına dair ünvanlanan suala cavabən: “ Prezident Ərdoğanın bu barədə açıqlamaları oldu. O, Türkiyənin Liviyada fərqli müharibə ünsürlərinin olacağını bildirdi. Türkiyə Böyük Millət Məclisi qəbul etdiyi sənəd ilə cənab Ərdoğana lazımlı səlahiyətlər verildi. Prezident isə həmin sənədi təsdiq etdi və tbiqinə dair qərar yenə prezident tərəfindən qəbul ediləcək. Yaxın günlərdə bunun təfərrüatlarını mediamız izləyəcək. Liviyada muzdlu əsgərlərin olmasına müxalifik. Bunun ölkədə sülh və sabitliyin bərpasına töhfə vermiyəcəyi aşkardır. Bizim əsas məqsədimiz prosesi sürətləndirərək atəşkəsin bərpası uğrunda səy göstərmək və siyasi prosesin canlanmasına töhfə verməkdir. Yeganə həll yolunun siyasi olduğuna inanırıq. Cənubi Sudanda olduğu kimi hazırda davam edən bir proses var. Bizim dəstəyimiz bunadır. Sudan və Cənubi Sudan arasındakı dialoqun da tərəfdarıyıq”-deyə Çavuşoğlu vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr