Türkiyə Paraqvayda səfirlik açılması üçün hüquqi prosesi başa çatdırdı

Türkiyə Paraqvayda səfirlik açılması üçün hüquqi prosesi başa çatdırdı. Həmin çərçivədə Türkiyənin paytaxt Asunciondaki ilk səfiri Armağan İnci Ersoy olacaq.

1055149

Xarici İşlər Nazirliyinin həmin mövzuyla bağlı açıqlamasında bildirilib: “Latın Amerikası və Karib bölgəsi ilə əlaqəli siyasət çərçivəsində Paraqvayla əməkdaşlığın artırılması əməkdaşlığın artırılması üçün addımlar atıldı”.

Bu çərçivədə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının 73. Baş Məclisinin iclasında iştirak edəcək Paraqvayın Xarici İşlər naziri Luis Alberto Castiglioni ilə Nyu Yorkda bir araya gəlib.

"Görüşdə Türkiyə ilə Paraqvay arasındakı əlaqələrin inkişaf etdirilməsi barəsində qarşılıqlı siyasi iradə təsdiq edilmişdir. Türkiyə Asuncion səfirliyimizin açılması üçün hüquqi əməliyyatları tamamladı və Armağan İnci Ərsoyu ilk olaraq təyin etdi. Paraqvay tərəfinin də lazımlı prosesi yaxın bir zamanda tamamlayacağı gözlənilir”- deyə Çavuşoğlu vurğulayıb.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda Paraqvayın Xarici İşlər naziri Luis Alberto Castiglioni, Lesoto Xarici İşlər naziri Lesego Makgothi və Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani ilə görüş keçirib.

Әlaqәli Xәbәrlәr