Ayxan Hacızadə:''Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir''

Ermənistan I Qarabağ müharibəsi dövründə işğal etdiyi 4 kəndin Azərbaycana qaytarılmasını qəbul edib.

2130119
Ayxan Hacızadə:''Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir''

Ermənistan I Qarabağ müharibəsi dövründə işğal etdiyi 4 kəndin Azərbaycana qaytarılmasını qəbul edib.
 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. 
Görüşlə bağlı Azərbaycan tərəfindən verilən yazılı açıqlamada komissiyaların bəzi məsələlərdə razılığa gəldiyi bildirilib.
Görüşün nəticələrinə görə, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.
Razılığa əsasən,  I Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən işğal edilən Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycana qaytaracaq.
Sözügedən bölgədəki sərhəd xəttinin koordinatları mayın 15-dək protokola çevriləcək və imzalanacaq.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə rəsmi ''X'' internet səhifəsində etdiyi paylaşımda bu ifadələrə yer verib: 
''Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir. Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib''.



Әlaqәli Xәbәrlәr