Qazaxıstanda 6,1 bal gücündə zəlzələ baş verib

Qazaxıstanın cənubunda Almatı şəhəri yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib.

2110571
Qazaxıstanda 6,1 bal gücündə zəlzələ baş verib

Qazaxıstanın cənubunda Almatı şəhəri yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmik Stansiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri Almatıdan 31 kilometr cənubda olan 6,1 bal gücündə zəlzələ yerli vaxtla saat 11.22-də baş verib.

Zəlzələ zamanı şəhərdə xəbərdarlıq siqnalı verilib.

Almatı Fövqəladə Hallar İdarəsindən verilən açıqlamada küçələrə çıxan şəhər sakinlərinə panikaya düşməmələri barədə xəbərdarlıq edilib.

Açıqlamada can itkisinin olmadığı və zərərlə bağlı məlumat toplama işlərinin davam etdiyi bildirilib.

Zəlzələ qonşu Qırğızıstanın paytaxtı Bişkekdə də hiss olunub.



Әlaqәli Xәbәrlәr