Qazaxıstanın yeni baş naziri bəlli oldu

Bu barədə Qazaxıatan Prezident Aparatı mətbuat xidməti məlumat yayıb

2098462
Qazaxıstanın yeni baş naziri bəlli oldu

 

  Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev administrasiyanın sabiq rəhbəri Oljas Bektenovu respublikanın yeni baş naziri təyin edib. Bu barədə Qazaxıatan Prezident Aparatı mətbuat xidməti məlumat yayıb.

  Qazaxıstan Məclisinin (parlamentin aşağı palatası) deputatları bundan əvvəl keçirilən iclasda səs çoxluğu ilə prezidentə O.Bektenovun hökumət başçısı vəzifəsinə namizədliyinin təsdiqlənməsi üçün razılıq veriblər.

  Xatırladaq ki, fevralın 5-də prezident Kasım-Jomart Tokayev baş nazir Əlixan Smailovun rəhbərlik etdiyi hökumətin istefasını qəbul edib. İstefanın səbəbləri açıqlanmayıb. Eyni zamanda, Nazirlər Kabinetinin üzvlərinə yeni hökumət təsdiq olunana qədər öz vəzifələrinin icrasını davam etdirmək tapşırılıb.



Әlaqәli Xәbәrlәr