Qazaxıstan və Türkiyə “Pələng yolu”nda

2024-cü ildə Qazaxıstan Müdafiə Nazirliyi tərəfindən bir sıra beynəlxalq hərbi təlimlərin keçirilməsi planlaşdırılır

2095232
Qazaxıstan və Türkiyə “Pələng yolu”nda

   Qazaxıstan və Türkiyə bu il “Pələng yolu-2024” adı altında birgə hərbi təlim keçirəcək.

  “Kazinform”un xəbərinə görə, 2024-cü ildə Qazaxıstan Müdafiə Nazirliyi tərəfindən bir sıra beynəlxalq hərbi təlimlərin keçirilməsi planlaşdırılır. Bu çərçivədə Qazaxıstan və Türkiyə Silahlı Qüvvələri arasında “Pələng yolu-2024” birgə hərbi təlimi ilə yanaşı, Qazaxıstan, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistanın birgə “Birlestik-2024” təlimi keçiriləcək.

  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Sülh Qüvvələrinin “Sarsılmaz qardaşlıq” birgə təlimi bu ilin payızında Qazaxıstanın ev sahibliyi ilə olacaq.

  Özbəkistan, Qırğızıstan, Tacikistan və Belarusla ikitərəfli birgə təlimlər keçirməyi planlaşdıran Qazaxıstan Silahlı Qüvvələri Xəzər dənizi ölkələri Azərbaycan, İran və Rusiya ilə birgə hərbi dəniz təlimlərində də iştirak edəcək.



Әlaqәli Xәbәrlәr