İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XVI sammiti

Bu barədə Özbəkistan Prezident Aparatı mətbuat xidməti məlumat yayıb

2061105
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XVI sammiti

 

  İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XVI sammiti noyabrın 8-9-da Özbəkistanın paytaxtı Daşkənddə baş tutacaq. Bu barədə Özbəkistan Prezident Aparatı mətbuat xidməti məlumat yayıb.

  “Tədbirdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Türkmənistanın dövlət və hökumət başçıları iştirak edəcək. Sammit iştirakçıları ticari-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcəklər”, - deyə məlumatda bildirilir.

  Özbəkistan prezidenti Şavkat Mirziyoyev sammit çərçivəsində bir neçə ikitərəfli görüşlər də keçirəcək.

  Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycan, Türkiyə, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın daxil olduğu regional dövlətlərarası iqtisadi strukturdur. Mənzil qərargahı Tehranda yerləşən İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən təsis olunub.

 



Әlaqәli Xәbәrlәr