Azərbaycan Argentinaya nota verdi

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə ...

2036142
Azərbaycan Argentinaya nota verdi

 

  Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G-20 Sammitində prezident Alberto Fernandezin “ölkə əleyhinə qərəzli bəyanatına görə” Azərbaycan Argentinaya nota verib.

  Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Argentinanın Bakıdakı səfiri Mariangeles Bellusci nazirliyə çağırılıb, prezident A.Fernandezin G-20 Sammitində “Azərbaycana qarşı qərəzli fikirlər söyləməsinə görə” Argentinaya nota verilib.

  Səfirə deyilib: “Ermənistanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasına əsaslanan, regiondakı faktları təhrif edən, ölkənin suverenliyinə və ərazi bütövlüyünə zidd olan əsassız fikirləri Argentina prezidenti Alberto Fernandezin səsləndirməsi təəssüf doğurur”.

  Xatırladaq ki, G-20 Sammiti Hindistanın paytaxtı Yeni Dehlidə sentyabrın 9-10 tarixlərində keçirilib.



Әlaqәli Xәbәrlәr