"Türk dünyası təcili tibbi xilasetmə qurumunun yaradılması vacibdir", F. Koca

Fahrettin Koca Özbəkistanda 2-ci Türk Dünyası Tibb Konqresində çıxış edib.

2025487
"Türk dünyası təcili tibbi xilasetmə qurumunun yaradılması vacibdir", F. Koca

Türk dünyası təcili tibbi xilasetmə qurumunun yaradılması vacibdir.

Bunu sözləri Türkiyenin səhiyyə naziri Fahrettin Koca Özbəkistanda 2-ci Türk Dünyası Tibb Konqresində çıxışı zamanı deyib.

Bu gün Səmərqənddə başlayan forumda sıx iştirakın olduğunu bildirin F.Koca “İstehsal və əczaçılıq da daxil olmaqla informasiya sistemləri üzrə həm sağlamlıq turizmi, həm də tibbi cihazlar sahəsində qarşılıqlı əməkdaşlıq forumu keçirilib”  deyib. 

Forumda minə yaxın iştirakçının olduğunu qeyd edən nazir F.Koca gələcək dövrdə əməkdaşlığın davam etdirilməsi üçün danışıqların davam etdiriləcəyini bildirib.

"Bu qurumun yaradılması çərçivəsində 9-17 sentyabr 2023-cü il tarixləri arasında hər cür nəqliyyat, yaşayış, təhsil və digər xərclərin ölkəmiz tərəfindən ödənilməsi şərtilə İzmir Urla Fəlakət və Simulyasiya Tədris Mərkəzində Türk Dövlətləri Təşkilatına üzv ölkələrdən ilkin mərhələdə üç nəfərin iştirakı ilə təlim təşkil etməyi planlaşdırırıq", - deyə F.Koca vurğulayıb.

Nazir Koca onu da bildirib ki, Türkiye hər cür əməkdaşlığa, xüsusilə qısamüddətli peşə potensialı təlimlərinə hazırdır.

"2023-cü il 6 fevral tarixində Türkiyedə baş verən və 11 şəhərdə dağıdıcı təsiri olan “Əsrin zəlzələsi” adlandırdığımız çətin günlərimizdə ölkələrimiz və vətəndaşlarımız arasındakı qardaşlığın nə qədər səmimi olduğunu bir daha gördük", - deyə nazir əlavə edib.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin növbəti iclası Şuşada keçiriləcək.

Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin iclasında yekun sənəd - Birgə Bəyannamə qəbul edilib.

Sənəddə türkdilli dövlətlərin Farmakopeyasının və Qaydalarının tətbiqi sahəsində əməkdaşlığın gücləndirilməsi, habelə fövqəladə hallar zamanı humanitar və tibbi yardımın göstərilməsi öz əksini tapıb.

Həmçinin yoluxucu xəstəliklərlə mübarizə üzrə TDT-nin birgə Fəaliyyət Planı layihəsinin hazırlanması, Təşkilat çərçivəsində dərman vasitələrinin və tibbi texnikanın birgə istehsalı imkanlarının nəzərdən keçirilməsi, eyni zamanda Türk Dövlətləri Təşkilatına üzv ölkələr tərəfindən tibb sahəsində verilmiş diplomların qarşılıqlı tanınması daxil edilib.

Bundan əlavə, Bəyannamə TDT-yə üzv və müşahidəçi dövlətlərin iştirakı ilə sağlamlıq turizmi sahəsində birgə şəbəkənin yaradılması, Vahid Tibb Məlumat Lüğətinin hazırlanması və digər məsələləri də əhatə edir.

Həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin növbəti iclasının keçiriləcəyi məkanla bağlı bir sıra təkliflər daxil olub. Baş katib Kubanıçbek Ömüralıyev Səmərqənd Bəyannaməsinə əsasən TDT-yə üzv ölkələrin səhiyyə nazirlərinin növbəti iclasının Azərbaycanın Şuşa şəhərində keçiriləcəyini elan edib. Kubanıçbek Ömüralıyev tədbirin 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət paytaxtı olan Şuşada uğurla keçiriləcəyinə əminliyini də bildirib.

 



Әlaqәli Xәbәrlәr