Özbəkistanda növbədənkənar prezident seçkilərinin vaxtı

Bu barədə Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Asadov özünün “Telegram” kanalında yazıb...

1984256
Özbəkistanda növbədənkənar prezident seçkilərinin vaxtı

 

  Özbəkistanda növbədənkənar prezident seçkiləri 2023-cü il iyulun 9-da keçiriləcək. Bu barədə Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Asadov özünün “Telegram” kanalında yazıb. Onun sözlərinə görə, prezident Şavkat Mirziyoyev müvafiq fərmanı bir qədər öncə imzalayıb.

  Xatırladaq ki, aprelin 30-da Özbəkistan konstitusiyasına düzəlişlər üzrə referendum keçirilib. Düzəlişlər arasında prezidentin səlahiyyət müddətinin beş ildən yeddi ilə qaldırılması da var. Beləliklə, hazırkı dövlət başçısı Şavkat Mirziyoyevin müddəti sıfırlanacaq və o, namizədliyini bir daha irəli sürə biləcək.

  Qeyd edək ki, Şavkat Mirziyoyev 2016-cı ilin dekabrından Özbəkistan prezidentidir. 2021-ci ilin oktyabrında ikinci müddətə ölkə prezidenti seçilib.



Әlaqәli Xәbәrlәr