Türkmənistanda prezident seçkiləri fevralın 12-də keçiriləcək

Prezident postuna Türkmənistan Demokrat Partiyasının namizədi, hazırkı prezident Gurbanquli Berdiməhəmmədov daxil olmaqla 9 nəfərin namizədliyi irəli sürülüb.

669883
Türkmənistanda prezident seçkiləri fevralın 12-də  keçiriləcək

Türkmənistanda 12 fevral bazar günü prezident seçkiləri keçiriləcək.
 
 Prezident postuna Türkmənistan Demokrat Partiyasının  namizədi, hazırkı prezident Qurbanquli Berdiməhəmmədov daxil olmaqla, 9 nəfərin namizədliyi irəli sürülüb. 
 
Keçən il  ölkə konstitusiyasında edilən dəyişiklər nəticəsində dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırıldı, dövlət rəhbəri üçün 70 yaş həddi də aradan qaldırıldı.
 
 Seçkiləri həm yerli müşahidəçilər, həm də müxtəlif beynəlxalq təşkilatların dəvət olunmuş nümayəndələri müşahidə edəcəklər.



Әlaqәli Xәbәrlәr