Qəhrəman qadınlarımız: Eda Erdem Dündar

Hekayəmizi çətinliklərə baxmayaraq xəyallarını həyata keçirən hәr kәsә və qadınlardan ibarət milli voleybol komandasının kapitanı Eda Erdem Dündara həsr edirik.

2128900
Qəhrəman qadınlarımız: Eda Erdem Dündar

Qəhrəman qadınlarımız: Eda Erdem Dündar

İstanbulun Bayrampaşa səmtində yaşayan uşaqlar hər zamanki kimi  küçədə top oynayırdılar. Onlar həyəcandan saatın neçə olduğunu belə başa düşmürdülәr.

“Eda, Eda, gəl! Gollll!” deyə qışqırdı uşaqlardan biri həvəcanla.

Sonra eyni komandada oynayan bütün dostları Edaya tərəf qaçaraq dünya kubokunu qazanmış kimi sevinclərini bölüşdülər. Bütün uşaqların gözləri parıldayırdı. Uduzan tərəf vecinə almayaraq “sabah görüşərik” dedi. “Revanş görüşümüz çәtin olacaq” deyə qorxutmağa çalışdılar.

Elə bu vaxt ucaboy bir kişi uşaqlara yaxınlaşıb “Eda, qızım, gəl. Evə getmək vaxtıdır" dedi. Qızı yanına getdi. "Qızım sən artıq  voleybol oynayırsan, uzun boynunla futbol oynamamalısan'' dedi atası. Kiçik qız dedi: "Ancaq ata, bilirsən ki, futbol mənim ən böyük həyəcanımdır!". Atası gülümsəyərək dedi: “Bilmirəm, xüsusən də ‘‘Fənərbaxça’’ olanda.Bəlkə bir gün “Fənərbaxça”nın zolaqlı formasını geyinərsən''.

Edanın gözləri birdən parıldadı. Bunu xәyal etmәk belә çox gözəl idi. Gələcəkdə bundan daha çox şeyə nail ola biləcəyini hələ bilmirdi. Bu qəhrəman qadının adı Eda Erdem Dündardır. O, şərəfinə heykəl ucaldılan ‘‘Fənərbaxça’’ voleybol və Türkiyə Millisinin kapitanıdır!

Eda Erdem Dündar 22 iyun 1987-ci ildə İstanbulda anadan olub. 6 bacısı ilə çox gözəl və xoşbəxt uşaqlıq illəri keçirib. Məktəbdən qayıdan kimi dostları və əmioğluları ilə küçədə müxtəlif oyunlar oynayaraq çox yaxşı vaxt keçirdi. Amma ən çox futbolu sevirdi. Onun dəstəklədiyi komanda ‘’Fənərbaxça’’ idi. Əslində o, o qədər həvəsli tərəfdardır ki, bir gün müsahibəsində hansı komandaya azarkeşlik etdiyini soruşduqda “Fənərbaxça”nı yazıb.

O, 3-cü sinifdə oxuyarkən “Beşiktaş”ın gənclərdən ibarət məşqçisi İsmail Şahin məktəbi ziyarət edib və Eda onun diqqətini çəkib.

Bu görüşün nəticəsi olaraq Eda ilk voleybol məşqinə 24 dekabr 2000-ci ildə başlayıb. Hətta iki mövsüm ‘’Beşiktaş’’ın qadınlardan ibarət  komandasının kapitanı olsa da, ürəyi hәr zaman ilk növbədə ''Fənərbaxça'' üçün döyünüb. Nəhayət, arzusuna çatıb  və 12 avqust 2008-ci ildə ‘’Fənərbaxça’’nın təklifi ilə komandanın formasını geyinib. O gündən etibarən Eda bütün təklifləri rədd edib və bir daha ''Fənərbaxça''nın 14 nömrəli formasından vaz keçmәyib.

O, 2005-ci ildən Türkiyənin milli komandasının sıralarında da mübarizə aparıb. Eyni zamanda idmançımız həm Türkiyənin milli komandası, həm də ‘’Fənərbaxça’’ idman klubunda kapitanlıq vəzifəsini icra edib.

Eda Erdem Dündar "Fənərbaxça" ilə yanaşı, Türkiyenin milli komandası ilə də bir çox uğurlara imza atıb.

Eda Erdem Dündarın kapitanı olduğu "Filenin sultanları" qadınlardan ibarət milli voleybol komandası 2023-cü ildə Olimpiya Oyunlarının təsnifat mərhələsində çempion olub. Beləliklə, Türkiye millisi 2023-cü ildә әldə etdiyi kuboklarla tarixə imza atıb.

Eda Erdem Dündar və bütün komanda yoldaşlarının bu nailiyyətlərinin Türkiye Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə təsadüf etməsi də bütün Türkiyəni, xüsusilə qadınları qürurlandırıb.

Atası qızına baxıb duyğulanaraq soruşdu: "Sən nə vaxt bu qədər böyüdün?''

Eda bir az utanaraq səhnədə dayanıb, qonaqlar qarşısında həyəcanla çıxış edirdi. O, uşaqlığından, ‘’Fənərbaxça’’dan, arzularından danışırdı.

Qızını dinləyərkən atası yenidən fikrə getdi. “Bəli, xəyallar... Nə xəyal etdin, nələrə nail oldun? Voleybol oynamağa başladın, “Fənərbağça” komandasına  keçdin, milli komandanın oyunçusu, kapitanı oldun. İndi biz 8 Mart 2024-cü il Beynəlxalq Qadınlar Günündə onun heykəlinin ucaldıldığı mərasimdə iştirak edirik.  Mən sәninlә həm ata, həm də bu vətənin vətəndaşı kimi fəxr edirəm'' dedi atası.

Hekayəmizi çətinliklərə baxmayaraq xəyallarını həyata keçirən hәr kәsә və qadınlardan ibarət milli voleybol komandasının kapitanı Eda Erdem Dündara həsr edirik.

 


Etiketlәr: #Eda Erdem Dündar

Әlaqәli Xәbәrlәr