Şərqi Aralıq dənizi enerji ehtiyatları baxımından dünyanın diqqət mərkəzindədir

''Gündəm enerji'' proqramının bu günkü hissəsində bu mövzunu qiymətləndirəcəyik.

2102972
Şərqi Aralıq dənizi enerji ehtiyatları baxımından dünyanın diqqət mərkəzindədir

Şərqi Aralıq dənizi enerji ehtiyatları baxımından dünyanın diqqət mərkəzindədir

Şərqi Aralıq dənizi son vaxtlar enerji ehtiyatlarının kəşfi ilə dünyanın diqqətini cəlb edir. ''Gündəm enerji'' proqramının bu günkü hissəsində bu mövzunu qiymətləndirəcəyik.

Şərqi Aralıq dənizində karbohidrogen yataqlarının olduğu iddiaları 2000-ci illərin əvvəllərində səslənməyə başlasa da, 26 yanvar 2007-ci ildə qlobal böhranı alovlandıracaq çox mühüm bir olay yaşandı.

Cənubi Kipr Administrasiyası birtərəfli qaydada Şərqi Aralıq dənizində müstəsna iqtisadi zona elan edib və demək olar ki, hamısı mübahisəli hesab olunan 13 torpaq sahəsində karbohidrogen kəşfiyyatına başlayacağını açıqlayıb.

ABŞ Geoloji Tədqiqat Xidmətinin məlumatlarına görə, Şərqi Aralıq dənizində ümumi dəyəri təxminən 1,5 trilyon dollar olan 30 milyard barel neftə bərabər karbohidrogen yataqları mövcuddur. Bunun böyük hissəsi təbii qazdır...

Aralıq dənizinə qonşu ölkələr və beynəlxalq aktorlar tərəfindən bölgədə həyata keçirilən karbohidrogen kəşfiyyatı fəaliyyətləri Şərqi Aralıq dənizi enerji tənliyində yeni tarazlıqların yaranmasına səbəb olur.

Cənubi Kipr Administrasiyası da iddialarını gücləndirmək üçün Misir və Yunanıstanla müqavilələr imzalayıb.

Lakin bu addım cavabsız qalmayıb. Rəsmi Ankara “bu birtərəfli qərara” sərt reaksiya verib. Mavi Vətən doktrinası qəbul edilib. Türkiye navtex elan edərək bölgədəki və dəniz yurisdiksiyasındakı hüquqlarından imtina etməyəcəyini açıqlayıb.

Rəsmi Ankara Avropa İttifaqının təhdidlərinin əksinə iddialarını inkişaf etdirəcək addımlar atıb. Liviya ilə dəniz yurisdiksiyası müqaviləsi imzalanıb.

Bu prosesdə Avropa İttifaqı və ABŞ Kipr administrasiyasının yanında olub.. Şərqi Aralıq dənizindən Avropaya qaz nəqlini nəzərdə tutan və Türkiyedən yan keçən ''EastMed'' layihəsi açıqlanıb.

Layihəyə əsasən, Şərqi Aralıq dənizindən çıxarılacaq təbii qazın Yunanıstan üzərindən İtaliyaya, oradan da Avropa İttifaqı ölkələrinə daşınması nəzərdə tutulurdu.

Planlar yarımçıq qaldı. ABŞ 2022-ci ilin əvvəlində 30 milyard avroya başa gəlməsi gözlənilən layihədən dəstəyini geri çəkdi.

Karbohidrogen ehtiyatlarından əlavə həm Suriyadakı vətəndaş müharibəsi, həm də Fələstin-İsrail məsələsi Şərqi Aralıq dənizini beynəlxalq aktorlar üçün güc mübarizəsi meydanına çevirir.

Bir çox ölkələrin Şərqi Aralıq dənizinin beynəlxalq sularında hərbi aktivləri var.

ABŞ-ın Aralıq dənizində esmines adlanan orta çaplı silahlarla təchiz edilmiş 7 döyüş gəmisi və 2 sualtı qayığı var. Esmines adlanan döyüş gəmiləri 400 ''Tomahawks'' raketi daşıyır. Bundan əlavə, qanadlı raketlər və həssas raketlər daşıyan B-2 bombardmançı təyyarələri və yüzlərlə ''Tomahawks'' raketi daşıyan USS Harry S Truman döyüş gəmisi də bölgədə tez-tez bayraqlar nümayiş etdirir. ABŞ eyni zamanda bölgədəki Kipr adası sahillərindəki  USS Porter və USS Donald Cook freqatları ilə də mütəmadi olaraq öz mövcudluğunu nümayiş etdirir.

İngiltərənin Kipr adasında mühüm hərbi bazası var. Burada hücum və kəşfiyyat xüsusiyyətlərinə malik ''Tornado'' təyyarələri və 6 ''Tayfun'' döyüş təyyarəsi var. Bundan əlavə hücum və ağıllı sualtı qayıqları ilə yerləri gizli olan ''HMS Duncan'' döyüş gəmisi də Aralıq dənizindədir.

Fransa isə Şərqi Aralıq dənizinə tez-tez ''Şarl de Qoll'' təyyarədaşıyan gəmisini və işçi qrupunu göndərir.

Rusiya uzun müddətdir ki, Suriyanın Latakiya şəhərindəki Himeymim bazasında hərbi mövcudluğunu davam etdirir.

Rəsmi Moskvanın Şərqi Aralıq dənizində “Admiral Qriqoroviç” və “Admiral Essen” freqatları, minlərlə kilometr mənzilli sualtı qayıq əleyhinə raketləri var.

2022-ci ilin iyun ayında Şərqi Aralıq dənizi Qaz Forumu çərçivəsində paytaxt Qahirədə Misir, İsrail və Avropa İttifaqı arasında təbii qazın nəqli və ixracına dair üçtərəfli saziş imzalanıb. Bu razılaşmanı daha da genişləndirmək üçün İsrail Aralıq dənizindəki ''Tamar'' yatağından Misirə təbii qaz ixracının artırılmasını təsdiqlədiyini açıqlayıb.

İsrailin Qəzzaya hücumları nəyi dəyişdirdi?

Qəzzadakı müharibənin Şərqi Aralıq dənizindəki qaz yataqlarının gələcək inkişafı üçün uzunmüddətli nəticələri olacağı gözlənilir.

İsrailin Qəzzaya hücumları Şərqi Aralıq dənizinin enerji təhlükəsizliyini ciddi şəkildə təhdid edir.

Avropanın enerji təhlükəsizliyini təmin etmək məcburiyyətində olması Şərqi Aralıq dənizi üçün vahid layihəni diqqətə çatdırır. Bu marşrutun təbii qazı Türkiye üzərindən Avropaya nəql edəcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr