Sınmayan şüşənin icadı (mətin və audio)

“Həyatı asanlaşdıran təsadüflər” rubrikamızda bu gün sizə sınmayan şüşənin icadından danışırıq, mətni oxuyur Sevda Mirzə

2087096
Sınmayan şüşənin icadı (mətin və audio)
qoruyucu şüşə_01.png

Sınmayan şüşənin icadı

 

  Əsrlər əvvəl insanlar "obsidian" adlanan təbii şüşə ilə tanış olurlar. Xüsusilə, şüşənin xammalını təşkil edən silisium güclü elektrik cərəyanlı ildırım vurması nəticəsində təbiətdə şüşə şəklini alırdı.

  İlk dəfə nə vaxt və harada istehsal edildiyi dəqiq bilinməsə də, mövcud olan ən qədim şüşə qablar eramızdan əvvəl 2500-cü ilə aid qədim Misir muncuqlarıdır.

  Üzərində tarix yazılmış ən qədim şüşə e.ə. 1551-1527-ci illərdə yaşamış firon Amenhotepə məxsus böyük muncuqdur. O, hazırda İngiltərənin Kboford (Cboford) muzeyində sərgilənir.

  Dünyanın ən qədim şüşə resepti eramızdan əvvəl 650-ci ildə Mesopotamiyada yazılmış gil lövhədə tapılıb.

  Həyatımızın hər sahəsində rast gəlinən şüşənin əsas bir qüsuru var idi: hər an sına bilirdi. Pəncərə, qapı, mətbəx, zinət əşyaları və ya bəzək materialları üçün vazkeçilməz olan şüşələrə qırılma ciddi təhlükə yaradırdı. Xüsusilə, kiçik uşaq və ya böyük adam bir az diqqətsiz oldumu, sınır, hətta əldə parçalandıqda ölümcül ola bilirdi. Şüşənin qırılmasına baxmayaraq, təhlükəsiz qalmasını təmin edən Fransa kimyaçısı Eduard Benediktusun təsadüfi kəşfi oldu.  

  Uşaqlıq və gənclik illərindən elmə, xüsusilə kimyaya maraq göstərən və universitet təhsilini bu sahədə tamamlayan fransalı kimyaçı Eduard Benediktus 1903-cü ildə laboratoriyasında işləyərkən yuxarı rəflərə çatmaq üçün səyyar nərdivana çıxdı. Bu zaman rəfin kənarındakı bir sınaq borusu yerə düşdü. Sınaq borusu stolun kənarına, sonra yerə düşsə də, qırılmamışdı. Sınaq borunun parçalanmasını gözləyən Eduard Benediktus xeyli təəccübləndi. Yerə bərk düşən sınaq borusu tək parça idi və üzərində yalnız cızıqlar var idi.

  Sınaq borusunu araşdıran Benediktus əvvəllər borunun içərisinə plastik sellüloz nitratın töküldüyünü və bu maddənin şüşəyə yapışaraq onu qırılmadan qoruduğunu aşkar etdi. Beləliklə, kimyaçı şüşənin qırılmasının qarşısını almaq üçün lazım olan kimyəvi maddəni tapdı.

  Sınmayan şüşə işlərini sürətləndirən alim Eduard Benediktus daha sonra iki nazik şüşə təbəqəsi arasına sellüloz nitrat qoyaraq qırılmaz və təhlükəsiz şüşənin ixtiraçısı oldu.

  Bir çox elmi ixtiralarda olduğu kimi, qırılmaz şüşə ilk dəfə hərbi sahədə istifadə edilib. Çünki o vaxtlar Avropa qitəsində I Dünya Müharibəsi ilə bağlı çılğın silahlanma yarışı gedirdi. Əsgərləri zəhərli qazlardan qorumaq üçün icad edilən qaz maskalarının göz şüşələri çox tez-tez qırılırdı. Benediktusun kəşfi ilk dəfə qaz maskalarının istehsalında istifadə edildi. Sonra avtomobil istehsalçıları eyni addımı atdılar. Çünki XX əsrin əvvəllərində asfalt yolları çox az olduğu üçün avtomobillərin qabaq şüşələri tez-tez qırılırdı ki, bu da sürücü üçün böyük təhlükə yaradırdı.   Qırılmaz şüşənin avtomobil sənayesində tətbiqi inqilabi dəyişiklik kimi oldu.

  Bu gün qırılmaz şüşənin istifadə sahəsi daha da genişlənib. Fransa kimyaçısısı Eduard Benediktusun təsadüfi ixtirası olan qırılmaz şüşədən mobil telefonlardan tutmuş kosmik gəmilərə, məişət əşyalarından bəzək əşyalarına qədər bir çox sahədə istifadə edilir.



Әlaqәli Xәbәrlәr