İsrailin hücumları Qəzzanın iqlim dəyişikliyinə qarşı həssaslığını artırır

''Həyatın maraqlı anları'' proqramının bu hissəsində İsrailin hücumlarına məruz qalan Qəzzanın iqlim dəyişikliyi qarşı həssaslığını qiymәtlәndirәcәyik.

2061686
İsrailin hücumları Qəzzanın iqlim dəyişikliyinə qarşı həssaslığını artırır

İsrailin hücumları Qəzzanın iqlim dəyişikliyinə qarşı həssaslığını artırır

Oktyabrın 7-dən etibarən İsrailin intensiv hücumlarına məruz qalan Qəzza zolağında minlərlə mülki vətəndaş həyatını itirib. Bölgədəki dağıntılar ətraf mühit və insan samlamlığı ilә bağlı fəlakəti də gündəmə gətirib.

''Həyatın maraqlı anları'' proqramının bu hissəsində İsrailin hücumlarına məruz qalan Qəzzanın iqlim dəyişikliyi qarşı həssaslığını qiymәtlәndirәcәyik.

Fələstin Ətraf Mühit Təşkilatları Şəbəkəsinin koordinatoru Aber Butmeh Qәzzada hiss olunan iqlim böhranı təsirlərinә İsrailin hücumlarının da əlavə olunduğunu və son hücumların uzunmüddətli perspektivdə ciddi ekoloji nəticələrə səbəb olacağını bildirib.

Oktyabrın 7-dən etibarən İsrailin intensiv hücumlarına məruz qalan Qəzza zolağında minlərlə mülki vətəndaş həyatını itirib. Bölgədəki dağıntılar ətraf mühit və insan samlamlığı ilә bağlı fəlakəti də gündəmə gətirib.Uzun illərdir iqlim dəyişikliyindən mənfi təsirlənən Qəzza əhalisi, hücumlar səbəbindәn su mənbələrinə çatmaqda çətinlik çəkir.

İsrailin hücumları Qəzzanın iqlim dəyişikliyinə qarşı həssaslığını artırır.

Qəzzada 1 milyon insan su çatışmazlığından əziyyət çəkir.

Su ehtiyatlarının әksәriyyәti İsrailin nəzarəti altındadır.

Su təmizləyici qurğular elektrik enerjinin olaması səbəbindən işləmir.

İqlim dəyişikliyi İsrailin hücumları ilə birləşdikdə kənd təsərrüfatı әrazilәri quruyur.

Bu vəziyyət əkinçilik və heyvandarlıqla məşğul olanlara ciddi probləmlər yaradır. Su çatışmazlığı səbəbindən əkinləri suvarmaq mümkün olmur.

Çirkab suların təmizlənmədən dənizə axıdıldığı bildirilir.

Münaqişələr quraqlığı daha da artırır və beləliklə, müxtəlif həşəratların və zərərli parazitlərin artmasına səbəb olur.

Fələstin Ətraf Mühit Təşkilatları Şəbəkəsinin Koordinatoru Aber Butmeh Fələstinin iqlim dəyişikliyi səbəbindən quraqlıq və yağış azlığı ilə mübarizə apardığını, temperaturun yayda çox yüksəldiyini, qışda isə çox aşağı düşdüyünü bildirib.

Butmeh qeyd edib ki, son 14 ildə yağıntıların intensivliyində azalma müşahidə olunub, temperaturun artması və yağıntının azalması kənd təsərrüfatı və yeraltı suların səviyyəsinə təsir edir.

Son hücumların uzunmüddətli perspektivdə ətraf mühitə ciddi təsir göstərəcəyini ifadə edən Butmeh deyib: "Bunun torpaq, su, dəniz, yaşayış mühiti, hava və ən əsası insan sağlamlığına mənfi təsirlərini görəcəyik. Hazırda İsrail suyu kəsib. Qəzzada  içməli su ehtiyatları tükənib".

Butmeh həmçinin deyib: "İsrailin məhdudiyyətləri davam etdiyi müddətcə iqlim dəyişikliyinin təsirləri ilə mübarizə apara bilmərik. Fələstinlilər olaraq iqlim dəyişikliyinə uyğunlaşmaq üçün fərqli həll yolları tapmağa çalışırıq. Fələstinlilər olaraq, öz su ehtiyatlarımızdan su əldə etməyə çalışırıq. Biz buna nail olmaq üçün mübarizə aparırıq. Bütün bu məhdudiyyətlərə baxmayaraq, həll yolu tapmaq üçün işləməyə davam edəcəyik''.



Әlaqәli Xәbәrlәr