Ballınanə - Melisa çayının faydaları

Bu gün sizə Türkiyə türkcəsində Melisa, Azərbaycan dilində ballınanə, bədrənc, limonotu və ya limon balzamı adlanan çayın hər cür faydalarından və əks təsirlərindən danışırıq, mətni doktor Mehmet Uçar hazırlayıb, Sevda Mirzə oxuyub təqdim edir

1979296
Ballınanə - Melisa çayının faydaları

Ballınanə - Melisa çayının faydaları

 

   Rahatlaşdırıcı və sakitləşdirici təsiri ilə tanınan ballınanə - limonotu çayının sağlamlığımız üçün bir çox faydası var.

  Əvvəla, ondan başlayaq ki, ballınanə çayını kimlər içə bilər:

• stressin səbəb olduğu həzm pozuqluğu olanlar,

• mədə və bağırsaqlarda spazm və ağrıları olanlar,

• şişkinlik problemi olanlar,

• əsəbi olanlar,

• stresdən ürək döyüntüsü artanlar,

• ürəkbulanma, qusma, hərəkət tutması və ya dəniz tutması kimi şikayətləri olanlar.

Ballınanəçayının faydaları nələrdir?

• İlk olaraq stress və narahatlığı azaltmağa kömək edir, rahatlıq verir, depressiya əlamətlərini azaldır və ruh sağlamlığınızı qoruyur. Ballınanə çayını içən insanların sakitləşdiyi və yatmaq istəyinin artdığı müşahidə edilib. Melissa çayı həmçinin əsəbilik və həddindən artıq həyəcan kimi narahatlıq hisslərini də azaldır.

• Ballınanə konsentrasiya və koqnitiv funksiyaları təkmilləşdirir ki, dərs və ya kitab oxuyarkən yaddaşın yaxşılaşmasına təsir edir. Lakin nə qədər faydalı olsa da, melissa çayını gündə bir stəkandan artıq içməyin, yoxsa sizi yuxuya apararaq işinizə mənfi təsir göstərə bilər.

• Melissa çayı herpes xəstəliyinin – uçuqların müalicəsinə dəstəkdir. Tərkibindəki antioksidant tərkibi sayəsində ballınanə ekstraktı olan kremlər herpesin müalicəsində təsirli olur, tez sağalmasına kömək edir, xəstəliyin sürətini azaldır.

  Ballınanə çayı antiseptik xüsusiyyətlərə malik olduğu üçün herpes, yara, uçuq, həşərat dişləmələri və qızartı kimi dəri problemlərini sağalmasına yardımcı olur.

• Həzmsizlik probleminin aradan qaldırılması. Həzm sisteminə bağlı mədə ağrısı, qaz, ürəkbulanma və həzmsizlik kimi şikayətləriniz varsa, melissa çayı rahatlamanıza kömək edir.

• Ballınanə çayı baş ağrısını aradan qaldırır. Stressdən yaranan baş ağrıları zamanı melissa çobanyastığı çayı kimi rahatladırıcı təsir göstərə bilər.

  Təbii ağrıkəsici xüsusiyyətlərə malik olduğuna görə limonotu çayı bədənin müxtəlif yerlərindəki ağrıları da aradan qaldırmağa kömək olur.

• Ürəyi sağalda bilir. Melissa çayı qan təzyiqi aşağı düşən və ürək döyüntüsü problemi olanlar üçün də sakitləşdirici təsir göstərir. Buna görə də limon balzamı çayı tərkibindəki antioksidant sayəsində ürək-damar sistemi üçün faydalı sayılır.

• İmmuniteti gücləndirir. Antiviral və antimikrob təsiri sayəsində bakteriya, göbələk və viruslarla mübarizəyə kömək edir. Antioksidant melissa bitkisi tərləməni təşviq etdiyi üçün qrip və qızdırma xəstəliklərində istifadə edilə bilir.

• Yuxu pozuntularını azaldır. Yatmaqda çətinlik çəkən, yuxusuzluqdan əziyyət çəkən adamlara kömək edən ballınanə çayını yatmazdan əvvəl içdikdə rahatlamanı təmin edir və yuxuya getməyi asanlaşdırır.

• Dəri ləkələrinə, günəşin mənfi təsirlərinə və sızanaqlara qarşı melissa çayı bir maska ​​kimi istifadə edildikdə faydalı olur.

  Melissa çayını nə vaxt içmək lazımdır? Bu ballınanə çayı rahatlıqverici olduğundan daha şox stresli anlarda içilməsi məsləhətdir. Axşam yatmazdan bir neçə saat əvvəl içilən melissa çayı həm gün boyu təsirləndiyiniz radiasiyanın təsirini azaldır, həm də stressinizi ataraq rahat yatmağınıza yardım edir.

  Gündə maksimum 2 stəkan içilməlidir. Ballıannənin yuxu verən xüsusiyyəti olduğundan valerian, şərab, jenşen, çobanyastığı kimi otlarla içilməsi məsləhət deyil.

  Melissa çayı necə dəmlənməlidir? Qaynar suyu çaydan və ya ağzı bağlı fincana tökün. Dərhal üzərinə qurudulmuş və ya təzə limonotu bitkisini əlavə edin və qapağı bağlayın. Ballınanə çayı təxminən 5-10 dəqiqə dəmlənməli, sonra içilməlidir.

  Melissanın təzə yarpaqlarını, xüsusilə yayda soyuq içkilərə, şorbalara, balıq yeməklərinə, plovlara və hər növ salatlara əlavə etmək mümkündür.

  Ballınanə yarpaqlarını əzərək krem kimi həşərat dişləmələrinə qarşı istifadə edib müalicə etmək olur.

  Melissa çayının əks təsirləri. Normal səviyyədə içildikdə insana yan təsirlərinin ehtimalı çox aşağıdır. Həddindən artıq istifadə əks təsirlərə səbəb ola bilir. Nəticədə

• ağrılı sidik ifrazı,

• baş ağrısı,

• ürəkbulanma və qusma,

• mədə ağrısı,

• başgicəllənmə,

• bədən istiliyində artım,

• dərinin qıcıqlanması,

• allergik reaksiya,

• xırıltı nəfəsalma.

  Bəzi dərmanlarla birlikdə qəbul edildikdə ballınanə çayı zərər edir. Qalxanabənzər vəzi, yuxu, qlaukoma, sakitləşdirici və serotoninə təsir edən digər dərmanlardan istifadə edirsinizsə, melissa çayını içməyin.

  Hamilə, əmizdirən qadınlar, ağır xəstəliyi olanlar və 16 yaşdan kiçik uşaqlar ballınanə çayını qəbul etməməlidir.



Әlaqәli Xәbәrlәr