Başika bazası

Mövzu ilə bağlı SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) araşdırmaçı-yazarı Can Acunun məqaləsini təqdim edirik.

1626532
Başika bazası

Türkiyənin Mosulun 25 km şimalında yerləşən nəhəng hərbi bazası niyə hədəfə çevrildi, bunun arxasında kimlər dayanır sualı vacibdir. Xüsusilə son dövrlər Sincar başda olmaqla, Türkiyənin terrora qarşı mübarizəsinin artan miqyasda davam etdiyi bir vaxtda.
Türkiyənin İraqın şimalında irili-xırdalı xeyli sayda hərbi bazası və kiçik baza əraziləri olsa da, nəhəngliyə gəlincə, Başika hərbi texnika baxımından hər birindən ayrılaraq ön plana çıxır. Yenə də bu baza PKK terror təşkilatı ilə mübarizə baxımından kritik bir rola sahib deyil, eyni zamanda Mosulda DEAŞ terror təşkilatının təmizlənməsinə, eləcə də bölgədə mövcudluğu vacib olan sabitliyə və tarazlığa xidmət edir. Baza Haşdi Vatani qüvvələrinə də  uzun müddət ev sahibliyi edib və Türk əsgərləri bu qüvvələri DEAŞ-a qarşı hazırlayıb. Əlbəttə, bu vəziyyət bölgədə məzhəbçi siyasət yürüdən bəzi ünsürləri, xüsusilə də "Haşdi Şaabi" daxilində fəaliyyət göstərən radikal qrupları həddən artıq narahat edirdi. Xüsusilə Baş nazir Malikinin dövründə İrana yaxın ünsürlərin təkidilə Türkiyənin bazanı boşaltması ilə bağlı təzyiq və təhdidlər ortaya çıxmışdı, lakin Türkiyə bu yanaşmalara əhəmiyyət verməyərək bağdadlı idarəçilərlə problemi müsbət şəkildə həll etmək üçün danışıqlar aparmışdı.
Hazırda Başıka bazasının raket hücumuna məruz qalması yenidən "Haşdi Şaabi" silahlılarını yada saldı. Hələ ki, son dövrlərdə Türkiyənin Sincar bölgəsinə aid terror təşkilatı PKK-nı bu bölgədən təmizləmək məqsədilə hərbi əməliyyat keçirəcəyinə dair dəlillərin aşkarlandığı bir dövrdədir. "Haşdi Şaabi"yə məxsus qüvvələrin Sincarda hər ötən gün daha çox yerləşdirildiyi və Ərbil-Bağdad razılaşmasının əksinə, burada PKK-nın yerli ünsürləri ilə əməkdaşlıq həyata keçirildiyini də fikirləşdikdə, İrana yaxın ünsürlərin adətən Türkiyəyə qarşı əməliyyat mövqeyində olduqlarını görə bilərik. Nəticədə, İran üçün Sincar strateji əhəmiyyətə malikdir, bu bölgəni Suriyaya çatmaq üçün logistik bir istiqamət kimi görür və itirmək istəmir, ancaq bu mövqeyini PKK ilə əməkdaşlıq çərçivəsində gücləndirmək səyləri çox çox böyük bir səhvdir.
Nəhayət, Türkiyə İraq və Suriya istiqamətində PKK terror təşkilatının dominantlıq etdiyi bütün bölgələri təmizləməkdə qərarlıdır və bununla bağlı lazım olanı eləməkdən də çəkinmir, İrana yaxın qrupların Suriyada, xüsusilə Afrin bölgəsində oxşar cəhdləri olmuş, sonu pis nəticələnmişdi. Türk ordusu çox sayda şiə milisini PKK üzvləri ilə birgə zərərsizləşdirmişdi. Hazırda İrana yaxın ünsürlər Türkiyəni İraqın şimalında sınayır, bunun nəticəsinin də, bu ünsürlərin aqibəti baxımından yaxşı olmayacağını əvvəlcədən görə bilərik.



Әlaqәli Xәbәrlәr