“Titanik”dən çıxan qızıl saat

Britaniyanın “Henry Aldridge & Son” hərrac evi məlumat yayıb

2133040
“Titanik”dən çıxan qızıl saat

 

  “Titanik” gəmisinin varlı sərnişininə məxsus olmuş qızıl cib saatı 1,175 milyon funt sterlinqə (1 funt sterlinq = 2,2 manat) satılıb. Bu barədə Britaniyanın “Henry Aldridge & Son” hərrac evi məlumat yayıb. Bildirilir ki, saatın 150 min funt sterlinqə satılacağı ehtimal edilirdi. Bununla da məşhur gəmidən çıxan əşyalarla bağlı rekord yenilənib. Xatırladaq ki, bu gəminin sərnişininə məxsus skripka 2013-cü ildə 1,1 milyon funt sterlinqə satılmışdı.



Әlaqәli Xәbәrlәr