Ən xoşbəxt gənclər Skandinaviya ölkələrindədir

Hesabat gənclərin getdikcə daha çox bədbəxt olduğunu ortaya çıxarıb.

2118014
Ən xoşbəxt gənclər Skandinaviya ölkələrindədir

Mərkəzi qərargahı ABŞ-da yerləşən məsləhət şirkəti "Gallup" Oksford Universitetinin Velbeying Tədqiqat Mərkəzi və Birləşmiş Millətlər Təşkilatının (BMT) Davamlı İnkişaf Həlləri Şəbəkəsi tərəfindən nəşr olunan Dünya Xoşbəxtlik Hesabatı İngiltərə, Avropa, ABŞ və Avstariyadakı 15-24 yaşlı gənclər əsasında hazırlanıb.

Hesabat gənclərin getdikcə daha çox bədbəxt olduğunu ortaya çıxarıb.

Hesabatda qeyd olunub ki, gənclərlə yaşlılar arasında iqtisadi bərabərsizlik, təhsil, bacarıqların inkişafı və uyğun qiymətə mənzil problemi də gənclərin bədbəxtliyində təsirli olur. Həmçinin qeyd olunub ki, gənclərin özünəinamının azalmasına, rifah halının aşağı düşməsinə sosial medianın böyük təsiri var.

Məlumata görə, gənclər gündən-günə bədbəxt valideynlərinə oxşayır, böyükləri kimi yorulmaq istəmirlər, universitetləri akademik zəmanət kimi görə bilmirlər və bakalavr dərəcəsi olmayan insanların daha çox çətinliklərlə qarşı-qarşıya qalacaqlarını düşünürlər.

Hesabatda ən xoşbəxt gənclərin Finlandiyada olduğu, Skandinaviya ölkələri Danimarka, İslandiya, Norveç və İsveçin də ən xoşbəxt gənclərin ilk 10 siyahısına daxil edildiyi bildirilib.

Hesabatda gənclərin ən xoşbəxt olduğu ölkələr sırasında ABŞ-ın 23-cü, Almaniyanın isə 24-cü yerdə olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr