Ən böyük qaragilə “Ginnes” rekordlar kitabına düşdü
Qaragilənin ölçüsü qolf topuna bərabər olub
2116449
Qaragilənin ölçüsü qolf topuna bərabər olub.
Avstraliyalı meyvə-tərəvəz istehsalçısı Kosta (Costa) tərəfindən ənənəvi olaraq yetişdirilən və 2023-cü il noyabrın 13-də toplanan qaragilə 2024-cü il martın 16-da “Ginnes”in rekordlar kitabı heyəti tərəfindən "Ən ağır qaragilə" adını alıb.
20-yə yaxın iri qaragilənin yığıldığı, lakin onlardan birinin rekordu qırdığı bildirilib.
“Ginnes” rekordlar kitabında yerini alan böyük qaragilə 12 aya yetişdirilib.