Anqolada sirli maye içən 50 nəfər öldü

Afrika ölkələrindən biri olan Anqolada cadugərlik etmədiklərini sübut etmək üçün bitki mənşəli maye içən 50 nəfər dünyasını dəyişib.

2115687
Anqolada sirli maye içən 50 nəfər öldü

Afrika ölkələrindən biri olan Anqolada cadugərlik etmədiklərini sübut etmək üçün bitki mənşəli maye içən 50 nəfər dünyasını dəyişib.
Ölkənin mərkəzi bölgəsindəki Camacupa şəhərinin rəsmisi Luzia Filemone sözügedən 50 nəfərin yanvar və fevral aylarında cadugərlik etmədiklərini sübut etmək üçün bitki mənşəli maye içdikdən sonra öldüyünü söylədi.
“50-dən çox insan sirli maye içməyə məcbur edilib. Yerli mənbələrin sözlərinə görə, bu, bir insanın cadu ilə məşğul olub-olmadığını aşkar edə bilən test formasıdır”, -Luzia Filemone qeyd edib.


Etiketlәr: #Afrika , #sirli maye , #Anqola

Әlaqәli Xәbәrlәr