Bobiyə verilən "Dünyanın ən yaşlı iti" adı ləğv edildi

2024-cü ilin yanvarında Bobinin yaşı ilə bağlı araşdırma aparılıb və ...

2106618
Bobiyə verilən "Dünyanın ən yaşlı iti" adı ləğv edildi

 

  2023-cü ildə dünyasını dəyişən Bobiyə Ginnesin Rekordlar Kitabı (GWR) tərəfindən verilən "Dünyanın ən yaşlı iti" adı ləğv edildi.

  BBC-nin məlumatına görə, Ginnesin Rekordlar Kitabı verdiyi açıqlamada Portuqaliya əsilli Alentejo çoban itlərinin orta hesabla 12-14 il yaşadıqlarını, 2023-cu ilin fevralında "Dünyanın ən yaşlı iti" ünvanını alan Bobinin o tarixdə 30 yaşı olub-olmadığına dair dəlil olmadığını bildirib.

  Keçən il oktyabr ayında 31 yaşında vəfat etdiyi açıqlanan Bobinin doğum tarixi ilə bağlı son nəticəyə gəlinməyib, bu səbəbdən ünvanı geri alınıb. Rekordun yeni sahibi isə hələ müəyyən edilməyib.

  Qeyd edək ki, 2024-cü ilin yanvarında Bobinin yaşı ilə bağlı araşdırma aparılıb. Baytar Denni Çembers (Danny Chambers) “The Guardian”a bildirib ki, onun işlədiyi həkimlərdən heç biri itin əslində 31 yaşına qədər yaşadığına inanmır.

  Xatırladaq ki, “Ən yaşlı it” ünvanının əvvəlki sahibi 1939-cu ildə 29 yaş 5 aylıq olarkən ölən “Bluey” adlı Avstraliya iti olub.



Әlaqәli Xәbәrlәr