2024-cü ilin yanvar ayı - "Ən isti yanvar"

Avropa İttifaqının (Aİ) “Kopernik” peyk izləmə sistemi tərəfindən aparılan ölçmələrə görə ...

2099438
2024-cü ilin yanvar ayı - "Ən isti yanvar"

 

  Avropa İttifaqının (Aİ) “Kopernik” peyk izləmə mərkəzi tərəfindən aparılan ölçmələrə görə, 2024-cü ilin yanvar ayında yerüstü havanın orta temperaturu 13,14 dərəcə olub. Bu temperatur 1991-2020-ci illərin yanvar ayı orta göstəricisindən 0,70 dərəcə, 2020-ci ildə qeydə alınan əvvəlki ən isti orta göstəricidən isə 0,12 dərəcə yüksəkdir.

  Son 12 ayda (2023-cü ilin fevral - 2024-cü ilin yanvar ayları) qlobal orta temperatur 1991-2020-ci illərin orta göstəricisindən 0,64 dərəcə yüksək olub.

  Avropada yanvarda havanın temperaturu şimal və cənub bölgələrində fərqlilik göstərib.

  Skandinaviya ölkələrində 1991-2020-ci illərin orta göstəricisindən xeyli aşağı olan temperaturlar cənub ölkələrində bu orta göstəricidən xeyli yuxarı ölçülüb.

  Şərqi Kanada, Şimal-Qərbi Afrika, Yaxın Şərq və Mərkəzi Asiyada temperatur orta səviyyədən yuxarı, Qərbi Kanada, Mərkəzi Amerika və Şərqi Sibirdə isə orta səviyyədən aşağı olub.



Әlaqәli Xәbәrlәr