Dünyanın ən yaşlı iti

Dünyanın ən yaşlı iti – Bobi adlı Portuqaliya ovçarkası 31 il və 165 gün yaşında ölüb

2055076
Dünyanın ən yaşlı iti

 

  Dünyanın ən yaşlı iti – Bobi adlı Portuqaliya ovçarkası 31 il və 165 gün yaşında ölüb.

  Bobi “Rafeyru du Alenteju” cinsindəndir. Bu növü həmçinin “Portuqaliya gözətçisi” və ya “Portuqaliya mastifi” də adlandırırlar.

  Bobi Portuqaliyanın kəndində, sahiblərinin yaşadığı ailə fermasında ölüb.

  Bu cinsdən olan itlərin orta ömür yaşı 12-14 il olur.

  2023-cü ilin fevralında “Ginnes”in rekordlar kitabı Bobini “Dünyanın ən yaşlı iti” adlandırmışdı. Ona qədər bu yeri Avstraliyadan olan Blyui adlı Avstraliya çoban iti tuturdu. Həmin it 1939-cu ildə 29 il və 5 aylıq yaşında ölüb.



Әlaqәli Xәbәrlәr