ABŞ-da yanğınlardan sağ çıxan möcüzə ev

... Bu dəyişikliklər evin alovdan qorunmasına səbəb olub

2027416
ABŞ-da yanğınlardan sağ çıxan möcüzə ev

 

  ABŞ-ın Havay ştatında bir çox binanın tamamilə dağılmasına səbəb olan yanğınlardan sağ çıxan möcüzə ev diqqət çəkib.

  Havayda avqustun 9-dan bəri davam edən yanğınlar nəticəsində 114 nəfər ölüb, 2700-dən çox tikili zədələnib və ya tamamilə dağılıb.

  Maui adasında külə çevrilən şəhərlərdən biri olan Lahainada bir ev sözügedən sahil zolağında toxunulmaz qalan yeganə tikili olub.

  Evin sahibləri olan Millikin ailəsi tamamilə taxta olan evdə bir müddət əvvəl bəzi dəyişikliklər etdiklərini bildiriblər. Onlar dam örtüyünə metal material əlavə edib, zərərverici həşəratlardan qorunmaq üçün evin ətrafındakı yaşıllıqları kəsib və daşlar düzüblər. Bu dəyişikliklər evin alovdan qorunmasına səbəb olub.

  Yerli sakinlər Millikin ailəsinin evini “möcüzə evi” adlandırıblar.



Әlaqәli Xәbәrlәr