Rəfiqəsi ilə qəhvə içən yerdə qabırğasına meteorit keçdi

Fransa qəzeti “Les Dernieres Nouvelles d'Alsace” (DNA) adı açıqlanmayan qadının balkonda dostu ilə söhbət edərkən qabırğasına sirli bir daş dəydiyini yazıb...

2013047
Rəfiqəsi ilə qəhvə içən yerdə qabırğasına meteorit keçdi

 

  Fransada rəfiqəsi ilə qəhvə içən qadın meteoritə tuş gəldi.

  Fransa qəzeti “Les Dernieres Nouvelles d'Alsace” (DNA) adı açıqlanmayan qadının balkonda dostu ilə söhbət edərkən qabırğasına sirli bir daş dəydiyini yazıb.

  Qadın deyib: "Yanımızdakı damdan yüksək səs eşitdim. Sonra qabırğalarımda bir sarsıntı hiss etdim. Bunun böcək, yarasa, ya sement parçası olduğunu düşündük. Amma daşın rəngi yox idi”.

  Geoloq Tierri Rebman (Thierry Rebmann) qadına dəyən sirli obyekti araşdıraraq cismin dəmir və silikon qarışığından ibarət olduğunu müəyyən edib ki, bu, obyektin həqiqətən meteorit olması ehtimalını artırır.

  ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi – NASA hər gün Yerə təxminən 48 ton meteorit düşdüyünü təxmin etsə də, onların böyük əksəriyyəti boş ərazilərə və ya dənizlərə düşür.

  Meteoritlərin insanlara dəyməsi ilə bağlı çox az tarixi qeydlər var.

  Məlumdur ki, 1954-cü ildə ABŞ-da 9 funtluq meteorit evin tavanını deşərək qadının üzərinə düşmüşdü. Bu hadisə meteorun insana dəyməsi ilə bağlı təsdiqlənmiş yeganə hadisə kimi qeyd edilir.



Әlaqәli Xәbәrlәr