“Siçovullarla mübarizəyə cavabdeh” vəzifəsi təyin edildi

Rəsmi vəzifəsinin adı "Şəhər miqyasında gəmiricilərin azaldılması üzrə menecer" adlanan K.Korradi təyinatı ilə bağlı açıqlamasında bildirib...

1974511
“Siçovullarla mübarizəyə cavabdeh” vəzifəsi təyin edildi

 

  ABŞ-ın Nyu-York şəhərinə siçovullarla mübarizəyə cavabdeh menecer təyin edilib.

  Nyu-York meri Erik Adams (Eric Adams) təhsil departamentinin əməkdaşı Ketlin Korradiyə (Kathleen Corradi) Nyu-Yorkda artan siçanlarla mübarizə aparmağı tapşırıb.

  Rəsmi vəzifəsinin adı "Şəhər miqyasında gəmiricilərin azaldılması üzrə menecer" adlanan K.Korradi təyinatı ilə bağlı açıqlamasında bildirib: “Məni çox, siçovulları az görəcəksiniz. Çünki şəhərdə yeni bir şərif var."

  Məlumatlara görə, son illər Nyu-Yorkda siçanların sayı artıb və 2 milyon olub.

  Nyu-York meri E.Adams siçovulları “1 nömrəli düşmən” adlandırıb.



Әlaqәli Xәbәrlәr