Marsda su ehtiyatı aşkar edilib

Avropa və Rusiyanın birgə missiyası Marsın səthinin az altında “əhəmiyyətli miqdarda su” aşkar edib.

1748466
Marsda su ehtiyatı aşkar edilib

Günəş sistemimizin ən böyük kanyonu olan Valles Marineris Marsın ekvatorunun cənubunda yerləşir

Valles Marineris Yerdəki Böyük Kanyondan (ABŞ-nın Arizona ştatındakı) təxminən 10 dəfə uzun və beş dəfə dərindir.

Avropa Kosmik Agentliyi (ESA) çərşənbə günü elan etdi ki, Marsdakı kanyonda Hollandiya ölçüsündə su hövzəsi var ki bu ESA və Rusiyanın kosmik agentliyi Roskosmos birgə layihəsi olan ExoMars Trace Gas Orbiter tərəfindən aşkar edilib. Alimlər bu ehtiyatın gələcək tədqiqatçılar tərəfindən asanlıqla istifadə oluna biləcəyini qeyd edirlər.

 



Әlaqәli Xәbәrlәr