Koronavirus (Covid-19) epidemiyası zamanı uşaqlarda piylənmə artıb

İngiltərə və ABŞ-da aparılan araşdırmalara görə, hərəkətsizlik və düzgün qidalanmamaq uşaqlarda piylənmənin artmasında təsirli olub.

1735591
Koronavirus (Covid-19) epidemiyası zamanı uşaqlarda piylənmə artıb

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti məlumatları nəzərdən keçirib. Buna görə 2019-2020-ci illərdə uşaqlarda piylənmə nisbəti 10%  olarkən, 2020-2021-ci illərdə 14%-ə yüksəlib. Kasıb rayonlarda bu nisbət iki dəfə artıb.

 ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Xidməti tərəfindən aparılan araşdırmalarda da  oxşar nəticə əldə edilib. Təxminən 435 min uşağın məlumatlarına baxılan araşdırmada uşaqların bədən kütlə indeksinin iki dəfə artdığı müəyyən edilib. Epidemiyadan  əvvəl uşaqlarda  peylənmə nisbəti  19% olarkən, Covid-19 epidemiyası zamanı bu nisbət 22%-ə yüksəlib. Mütəxəssislərin fikrincə, piylənmənin artmasının  əsas səbəblərindən biri epidemiya zamanı tətbiq olunan komendant saatıdır. Qeyd edilir ki, bu müddət ərzində uşaqlar hərəkətsiz qalıblar. Kompüter, planşet və televizorlardan istifadə intensivləşib. Piylənmənin artmasındaki səbəblər arasında qeyri-adi qidaların istehlakı da iştirak edib.



Әlaqәli Xәbәrlәr