Saxta peyvənd və test sənədləri ilə keçənlər saxlanıldı

Kanada Xalq Sağlığı Agentliyinin rəsmi internet saytından verilən məlumatda bildirilir...

1684893
Saxta peyvənd və test sənədləri ilə keçənlər saxlanıldı

 

  Kanadanın Toronto Havalımanında ölkəyə saxta peyvənd və yeni tip koronavirus (Covid-19) test sənədləriylə girməyə çalışan 2 nəfər tutuldu.

  Kanada Xalq Sağlığı Agentliyinin rəsmi internet saytından verilən məlumatda bildirilir: “Amerika Birləşmiş Ştatlarından gedən 2 sərnişinin “Covid-19” test və peyvənd sənədlərinin saxta olduğu müəyyən edildi. Kanada vətəndaşı olan bu 2 sərnişinin hər birinə 19.720 Kanada dolları pul cəzası kəsildi”.

  Qeyd edək ki, Kanada 5 iyulda verdiyi qərarla beynəlxalq sərnişinlər üçün yeni tənzimləmələr gətirib. Bu qaydalara görə, ölkəyə gələn hər kəsin “Covid-19” peyvəndlərini etdirdiyinə dair sənəd təqdimetmə məcburiyyəti var. Peyvənd olunmayanlar bir neçə test etməli və 14 gün karantinə alınmazdan əvvəl dövlət tərəfindən təyin edilən oteldə 3 gün qalmalıdırlar.

  Kanada Karantin Qanunu hökmlərini pozanlara 6 ay həbs və ya 750 min dollara qədər pul cəzası var.

  Hökumət tam peyvəndli Amerika vətəndaşlarının 9 avqustdan Kanadaya gəlməsinə icazə verir. Ancaq ABŞ-ın Kanada və Meksika ilə olan sərhədi 21 avqusta qədər xarici ölkə vətəndaşlarına bağlı olacaq.



Әlaqәli Xәbәrlәr