Avstraliyada siçan istilası

Avstraliyanın Yeni Cənubi Uels ştatında siçan istilası səbəbindən bir həbsxana müvəqqəti olaraq boşaldılır.

1662704
Avstraliyada siçan istilası

TRT-nin ölkə mətbuatına istinad etdiyi xəbərə görə, Wellington Həbsxanası rəsmisi Peter Severin təbii fəlakət səbəbi ilə  təxminən 420 məhkum və işçinin başqa bir həbsxanaya köçürüləcəyini bildirib. Gəmiricilərin kabelləri və tavan panellərini gəmirərək təhlükəsizlik probleminə səbəb olduqlarını ifadə edən Peter Severin, həbsxanada ətraflı təmizlik fəaliyyətlirinin aparılması üçün belə bir tədbirə zirurət duyulduğunu bildirib.

Siçan istilasının kənd təsərrüfatı sahələrinə çatması nəticəsində zərərin ağır olacağı proqnozlaşdırılır.



Әlaqәli Xәbәrlәr