İspaniya hökuməti 4 günlük iş həftəsinə razılıq verdi

İspaniya hökuməti 4 günlük iş həftəsinə keçidlə bağlı layihəyə razılıq verib

1616842
İspaniya hökuməti 4 günlük iş həftəsinə razılıq verdi

 

  İspaniya hökuməti ölkə iqtisadiyyatına xələl gətirmədən dörd günlük iş həftəsinə keçid üzrə tarixdə ən irimiqyaslı eksperimentlərdən birini həyata keçirmək niyyətindədir.

  “Вloomberg News” agentliyinin məlumatına görə, İspaniyanın baş naziri Pedro Sançes hökuməti ümummilli proqrama üç il müddətinə 50 milyon avro məbləğində dövlət vəsaitinin ayrılmasına razılıq verib.

  32 saatlıq iş həftəsi planının həyata keçirilməsi təşəbbüsünün müəllifi, eksperimentə 200-ə yaxın şirkəti cəlb etməyi planlaşdıran sol-mərkəzçi “Mas Pais” partiyasının sədri İnigo Errehondur.



Әlaqәli Xәbәrlәr