Portuqaliya təqaüdçülərini yenidən işə çağırır

Portuqaliyanın Səhiyyə Xidməti korona virusu pandemiyasının öhdəsindən gəlməyə kömək etməyə hazır olan mütəxəssisləri gözləyir

1469085
Portuqaliya təqaüdçülərini yenidən işə çağırır

 

  Portuqaliyanın Səhiyyə Xidməti korona virusu pandemiyasının öhdəsindən gəlməyə kömək etməyə hazır olan mütəxəssisləri gözləyir.

  Portuqaliya prezidenti Marselu Rebelu di Soza əvvəllər təqaüdə çıxmış tibbi heyətin işə qəbulu üçün müstəsna rejimin uzadılması fikrini bəyənib.

  Həkimlər 2021-ci ilin sonunadək Milli Səhiyyə Xidməti müəssisələrinə qayıda bilərlər. Bu tədbirdən məqsəd Portuqaliya səhiyyəsini “Covid-19” pandemiyası şəraitində tibbi yardım göstərilməsi üçün zəruri olan ixtisaslaşdırılmış resurslarla təmin etməkdir.

  Qeyd edək ki, dövlət xəstəxanaları və klinikalarda tibbi yardıma yüksək tələbat olduğu halda öz vəzifələrini yerinə yetirməyi bacaran yeni kadrlar çatışmır. Buna görə də onların yerləri təqaüdçülərə təklif olunur.



Әlaqәli Xәbәrlәr