Hindistanda havanın çirklənməsinə səbəb olan 22 fermer saxlandı

Hindistanın Uttar Pradeş şəhərində polis qüvvələri küləş yandıraraq havanın çirklənməsinə səbəb olan 22 fermeri saxladı.

1309630
Hindistanda havanın çirklənməsinə səbəb olan 22 fermer saxlandı

Uttar Pradeş rəhbərliyinin sözçüsü Avaniş Avaşti mövzu ilə bağlı şərhində Pilibit bölgəsində küləş yandıran fermerlərin havanın çirklənməsinə səbəb olduqları üçün nəzarətə alındıqlarını bildirib.

Rəsmilər tutulan fermerlərin 100 min rupi (1420 dollar) cərimə və müxtəlif sanksiyalarla üzləşdiklərini bildirdi.

Əyalətdə 300 fərqli nöqtədə küləş yandırma hadisəsinin aşkar edilməsinə baxmayaraq iki maliyyə işçisi fermerlərə müdaxilə etməməkdə ittiham edilərək işdən qovulub.

Qeyd edək ki, ilin bu aylarında kənd təsərrüfatı fəaliyyətləri üçün küləş  yandırılmaq və sənaye tullantılar şəhərdəki havanın çirkliliyinin artmasına səbəb olur. Eləki hava çirklənməsinin təhlükəli seviyyədə olması səbəbindən 1-5 noyabr tarixlərində təhsil dayandırılmış və şagirdlərə maskalar paylanmışdır.

Ümumdünya Səhiyyə Təşkilatının ötən il açıqladığı hesabatda  isə  dünyada  ən   çirkli  10  şəhərin  Hindistanda   olduğuna  diqqət  çəkildi.



Әlaqәli Xәbәrlәr