Amerikalı milyonçu təxminən 400 tələbənin təhsil kreditlərini ödəyəcəyini açıqladı

“Morehouse College”indəki məzuniyyət mərasimində iştirak edən R.F.Smith 2019-cu ildə məktəbdən məzun olan 400 tələbənin təhsil kreditlərini özünün ödəyəcəyini söyləyərək belə deyib...

1204953
Amerikalı milyonçu təxminən 400 tələbənin təhsil kreditlərini ödəyəcəyini açıqladı

  ABŞ-da Afrika əsilli amerikalı sərmayəçi və xeyriyyəçi Robert F.Smith 2 universitetdən təxminən 400 tələbənin təhsil kreditlərini ödəyəcəyini açıqladı.

  “Morehouse College”indəki məzuniyyət mərasimində iştirak edən R.F.Smith 2019-cu ildə məktəbdən məzun olan 400 tələbənin təhsil kreditlərini özünün ödəyəcəyini söyləyərək belə deyib:

  "Ailəmin, böyüklərimin və adlarını bilmədiyim Afrika mənşəli amerikalı nəsillərin mənə açdığı yolu əsla unutmayacağam. Onların mücadiləsi, cəsarəti və yaşadıqları mənim mübarizə və uğurlarımı təmin edib."

  Yerli mətbuatda yazılana görə, 400 tələbənin borcu təxminən 40 milyon dollara yaxınmış.

  "Vista Equity Partners" adlı sərmayə şirkətini quran və təxminən 5 milyard dollarlıq sərvətin sahibi olan Robert F. Smith 2018-ci ildə “ABŞ-ın Afrika mənşəli ən zəngin Amerikalısı” olmuşdu.



Әlaqәli Xәbәrlәr