Tailand mağarasında itən futbolcular tapıldı

Xatırladaq ki, Tailandın Çianq Ray (Chiang Rai) şəhərində səfərə çıxan 16 yaşdan aşağı futbol komandasının 12 üzvü və 25 yaşlı məşqçisindən neçə gün idi ki, xəbər yox idi.

1004323
Tailand mağarasında itən futbolcular tapıldı

  Bütün Tailand günlərdir uşaqlardan yaxşı xəbər gözləyirdi. Nəhayət, 9 gün sonra mağarada itən 12 uşaq və məşqçiləri sağ-salamat tapılıb.

  Açıqlama Tailandın Çianq Ray rayonunun icra hakimiyyəti başçısından gəlib.

  Gənc futbolcular dalğıclar tərəfindən tapılıb. Vəziyyətləri yaxşıdır.

  Xatırladaq ki, Tailandın Çianq Ray (Chiang Rai) şəhərində səfərə çıxan 16 yaşdan aşağı futbol komandasının 12 üzvü və 25 yaşlı məşqçisindən neçə gün idi ki, xəbər yox idi. Tem Luan (Tham Luang) mağarasına gedən oyuncular leysan yağışdan sonra yaranan selə görə mağaraya girmiş, çıxa bilməmişdi. Futbolçuları tapmaq üçün aparılan xilasetmə işləri leysan yağış və su səviyyəsinin yüksəlməsilə əlaqədar çətinləşirdi. Axtarışa Tailand dəniz desantlarıyla yanaşı İngiltərədən mütəxəssis mağara dalğıclar və ABŞ ordusundan 30 nəfərlik qrup da cəlb edilmişdi.



Әlaqәli Xәbәrlәr