Analar Gününün tarixi necə başladı?

Bu il Türkiyədə 13 maya bazar gününə təsadüf edən Analar Günü dünyada müxtəlif günlərdə qeyd olunur.

968646
Analar Gününün tarixi necə başladı?

  Analar Günü anaları yad etmək və dəyərləndirmək məqsədilə dünyanın ayrı-ayrı yerlərində ilin müxtəlif vaxtlarında qeyd olunan xüsusi gündür. Bu gün analara çiçəklər və müxtəlif hədiyyələr alınır.

  Analar Günü ənənəsi həm şümerlər, həm də antik yunan mifologiyasına əsaslanır, bir çox tanrı və ilahənin anası sayılan Rhea şərəfinə verilən bahar festivalı şəklində təbriklərlə başlayır. Qədim romalılar da bahar festivallarını İsanın doğumundan 250 il əvvəl baş ilahə Kibela (Cybele) şərəfinə qeyd edirdilər.

  ABŞ-da Anna Carvisin (Jarvis) öz anası üçün 1908-ci ildən başladığı xatirə günü 1914-cü ildə Konqresin razılığı ilə bütün Amerika Birləşmiş Ştatları miqyasında geniş yayıldı və Analar Gününə çevrildi.

  Bu hadisə necə baş verdi?

  ABŞ-ın Filadelfiya (Philedelphia) ştatında 9 may 1966-cı ildə Anna Carvisin anası öldü. Anasını çox sevən Annanın üzüntüsü aylarla sürdü. Həyatda kimsəsi olmayan bu qız yemədi, içmədi, intihar etməyi belə düşündü. Bu vəziyyətini yaxından görən yaşlı qonşusu Carvisə dost oldu və söhbət zamanı oan dedi: “İnsanlar doğular, yaşayar, ölər. Bu təbiətin bir qanunudur". Carvis bu sözlərdən çox təsirləndi. Aradan bir müddət keçəndən sonra artıq o, anasını göz yaşları deyil, sevərək xatırlamağa başladı. Anasının ildönümündə bütün dostlarını evə dəvər etdi və dedi: "İlin bir gününü analara ayıraq. O günü analarımızla bağlı xatirələrlə dolduraq. Beləliklə, analarımıza olan sevgi borcumuzu ödəyək". Yoldaşları Jarvis-in təklifini çox bəyəndi, birlikdə şəhər bələdiyyəsinə getdilər. Bələdiyyə sədri təklifi səmimiyyətlə qarşıldadı. Təklif qəzetlərdə dərc olundu.

  ABŞ Konqresi bu təklifi 1914-cü ildə qəbul etdi. O ildən may ayının ikinci bazar günü Analar Günü kimi qeyd olunmağa başlanıb. Mirvari sırğalı ana şəkli isə Analar Gününün rəmzi olub.  



Әlaqәli Xәbәrlәr