İsveçli aktivist Türkiyədə

İsrailin, Fələstin  xalqına istiqamətli zülmünə reaksiya vermək məqsədiylə ölkəsindən piyada yola düşən İsveçli aktivist Benjamin Ladraa, Düzcə şəhərinə çatıb.

952237
İsveçli aktivist Türkiyədə

15 Avqust 2017-də İsveçin Göteborg şəhərindən hərəkət edən, Almaniya, Avstriya, Sloveniya, Xorvatiya, və Yunanıstandan sonra Türkiyəyə gələn Ladraa, 8 Apreldə İstanbuldan Ankaraya başlatdığı yürüşün təxminən 250 kilometrini tamamlayaraq gəldiyi Düzcədə verdiyi açıqlamada 9 aydır ki yolda olduğunu, güzərgahında ziyarət etdiyi ölkələrdə Fələstin problemini şərh etdiyini, sosial media hesablarında isə səfəri ilə əlaqədar məlumatları bölüşdüyünü qeyd edib.

İsrailin, Fələstinlilərə istiqamətli pozuntularının davam etdiyini xatırladan Ladraa: "Fələstin xalqı 70 ildir işğal altında və milyonlarla cinayət və hüquqsuzluğa məruz qalır. Bu zülmə diqqətləri cəlb etmək istəyirəm. Hər kəs Fələstinlilərin hekayəsini öyrənməlidir. Bu xalqın izdirab və ağrılarının sona çatacağına inanıram”.

 



Әlaqәli Xәbәrlәr