Safranbolu "Sakit şəhər" oldu

Türkiyenin Karabük rayonunun Safranbolu qəsəbəsi "Sakit şəhər' (Cittaslow) ünvanını aldı

2120073
Safranbolu "Sakit şəhər" oldu
safranbolu.jpg
safranbolu.jpg

 

  Türkiyenin Karabük rayonunun Safranbolu qəsəbəsi "Sakit Şəhər' (Cittaslow) ünvanını aldı.

  Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya İrs Siyahısına daxil olan Safranbolu qəsəbəsinə Belçikanın Damme şəhərində təşkil edilən mərasimdə "Sakit şəhər" ünvanı verildi.

  Tarixi quruluşu, yerli məhsulları və təbii gözəllikləri ilə Türkiyenin bənzərsiz qəsəbələrindən biri olan Safranbolu Türkiyenin 25-ci sakit şəhəri oldu.

  Safranbolu bələdiyyə sədri Elif Köse 1,5 il əvvəl '"Sakit Şəhər" şəbəkəsinə qoşulmaq üçün işə başladıqlarını bildirərək "Sakit şəhər"in tələb etdiyi 70 xüsusiyyəti təmin etdiyimiz üçün Safranbolu "Sakit şəhər" oldu" deyib: "Safranbolu üçün hədəf auditoriyamız mədəniyyət turizmindən anlayan və alıcılıq qabiliyyəti yüksək olan kütlədir".



Әlaqәli Xәbәrlәr