Ukrayna-Rusiya müharibəsini anladan “Klondayk”

TRT-nin ortaq istehsalı olan, rejissoru Marina Er Qorbaç (Maryna Er Qorbach) olan “Klondayk” (Klondike) filmi "Körpü - 21-ci Almaniya Filmləri Sülh Mükafatı” tədbirində verilən Münsiflər Heyətinin Xüsusi Mükafatına layiq görülüb

1847843
Ukrayna-Rusiya müharibəsini anladan “Klondayk”

 

  Türkiyə Radio və Televiziya Qurumunun ortaq istehsalı olan, rejissoru Marina Er Qorbaç (Maryna Er Qorbach) olan “Klondayk” (Klondike) filmi "Körpü - 21-ci Almaniya Filmləri Sülh Mükafatı” tədbirində verilən Münsiflər Heyətinin Xüsusi Mükafatına layiq görülüb.

  İyunun 21-də başa çatan festivalda Sandens (Sundance) və Berlin film festivallarından mükafatlarla qayıdan, Ukrayna və Türkiyənin birgə istehsalı olan film mükafatlandırılıb.

  Münhendəki Küvilye (Cuvillies) Teatrında keçirilən mərasimdə Bernhard Viçi Xatirə Fondu tərəfindən 2002-ci ildən bəri görkəmli kinorejissorları təltif edən mükafatlar təqdim edilib.

  Münhen Beynəlxalq Film Festivalı öncəsi keçirilən tədbir çərçivəsində humanist, ictimai-siyasi və bədii baxımdan dəyərli filmlər mükafatlandırılıb, dünyanın müxtəlif ölkələrindən seçilən kino xadimləri ümumilikdə 60 simvolik mükafata layiq görülüblər.

  Münsiflər heyəti sözügedən mövzu ilə bağlı bildirib: “Klondayk” poetik rejissorluq şücaətinə - zülmkar və hökmran məhvetmə maşınının yaratdığı cəhənnəm arasında ailə dramını həssas şəkildə göstərdiyinə görə mükafatlandırılıb. Marina Er Qorbaç universal dəyərə malik qeyri-adi film yaradıb. Film bizi fəlakətə aparan ümidsiz, kədərli və qaçılmaz yola - müharibənin vəhşiliyinə və viranəliyinə aparır, insanların insanlıqdan uzalaşdığını göstərir."

  Qeyd edək ki, “Klondayk” Ukrayna-Rusiya sərhədində yaşanan və kəndinin işğalçılar tərəfindən mühasirəyə alınmasına baxmayaraq, evini tərk etmək istəməyən hamilə qadının hekayəsindən bəhs edir. Filmdə həmçinin 2014-cü il iyulun 17-də Ukraynada mülki sərnişin təyyarəsinin vurulmasına da toxunulub.



Әlaqәli Xәbәrlәr