TRT ortaq istehsalları ən böyük film festivallarında

17-25 sentyabr tarixləri arası İspaniyanın Bask bölgəsindəki San Sebastian şəhərində təşkil ediləcək festival beynəlxalq ölçüdə ən böyük kino tədbirlərindən sayılır

1681903
TRT ortaq istehsalları ən böyük film festivallarında

 

 Türkiyə Radio Televiziya Qurumu (TRT) ortaq istehsalı olan "İki şəfəq arasında" filmi ilə Avropanın mühüm kino tədbirlərindən olan 69-cu San Sebastian Beynəlxalq Film Festivalının "New Directors" bölümündə yarışacaq.

  17-25 sentyabr tarixləri arası İspaniyanın Bask bölgəsindəki San Sebastian şəhərində təşkil ediləcək festival beynəlxalq ölçüdə ən böyük kino tədbirlərindən sayılır.

  "İki şəfəq arasında" festivalda Türkiyədən yeganə filmdir ki, bu da dünya premyerasına da bu festivalda çıxacaq. Filmin Türkiyədə 2021-ci ilin sonunda tamaşaçılara təqdim edilməsi planlaşdırılır.

  Qeyd edək ki, milli və beynəlxalq bir çox platformaya qatılaraq dünyanın mühüm film fondları tərəfindən dəstək alan "İki şəfəq arasında" Rumıniyada “Transilvaniya Pitç Stop”da "Chainsaw Europe" səs, San Sebastian “Work in Progress” kateqoriyasının "Europa İndustry" və "Europa", “Körpüdə görüşlər” filmi isə “Work in Progress” böyük mükafatlarına layiq görülüblər.

  TRT ortaq istehsalları dünyanın dörd bir tərəfində 200-dən çox film festivalında 150-dən artıq mükafat alıb və dalbadal 2 il “Oscar” Akademiya Mükafatları tədbirində finala çıxıb.



Әlaqәli Xәbәrlәr