27-ci Saraybosna Film Festivalı Münsiflər Heyətinin sədri Aida oldu

Saraybosna Film Festivalının (SFF) direktoru Mirsad Purivatra verdiyi məlumatda bildirib...

1677061
27-ci Saraybosna Film Festivalı Münsiflər Heyətinin sədri Aida oldu

 

  Bosniya Herseqovinada 13-20 avqust tarixlərində keçiriləcək 27-ci Saraybosna Film Festivalının Münsiflər Heyətinin sədri “Oscar” namizədi, "Quo Vadis, Aida"nın baş rol ifaçısı Yasna Curiçiç (Jasna Djuricic) oldu.

  Saraybosna Film Festivalının (SFF) direktoru Mirsad Purivatra verdiyi məlumatda bildirib: “Yasna Curiçiç "Quo Vadis, Aida" filmində canlandırdığı Aida obrazı ilə aktrisalıq karyerasını taclandırıb. Tanınmış aktrisanın 27-ci Saraybosna Film Festivalının Münsiflər Heyətinin sədri olmasından böyük məmnunluq duyuruq.”

  "Quo Vadis, Aida" filmindəki Aida rolu ilə London Film Festivalında və Misir Quna (Gouna) Film Festivalında "Ən yaxşı aktrisa" mükafatlarına layiq görülən Yasna Curiçiç ona göstərilən etimada çox sevindiyini bu sözlərlə ifadə edib: "Saraybosna Film Festivalının ürəyimdə həmişə başqa bir yeri olub. Bu festival təşkil ediləndən bəri yalnız Saraybosnaya deyil, bütün bölgəyə qazandırdıqları baxımından böyük əhəmiyyət daşıyır."

  Qeyd edək ki, Bosniyadakı müharibənin (1992-1995) izlərini silmək və paytaxt Saraybosnanı yenidən mədəniyyət və sənət mərkəzinə çevirmək məqsədiylə keçirilən Saraybosna Film Festivalı 27 il ərzində məşhur kino ulduzlarını bir araya gətirib. Festivalda bu günə qədər Robert de Niro, Ancelina Coli (Angelina Jolie), Bred Pit (Brad Pitt), Orlando Blum (Orlando Bloom), Daniel Hreyq (Daniel Craig), Con Malkoviç (John Malkovich), Morqan Friman (Morgan Freeman), Jerard Depardye (Gerard Depardieu) və Nuri Bilge Ceyran kimi dünyaşöhrətli aktyorlar iştirak edib.



Әlaqәli Xәbәrlәr