Görkəmli Azərbaycan rəssamı Türkiyədə xatırlandı

Azərbaycanın tanınmış rəssamı Mikayıl Abdullayevin anadan olmasının 100 illiyilə əlaqədar Türkiyə televiziyasında xatirə proqramı hazırlanıb

1618715
Görkəmli Azərbaycan rəssamı Türkiyədə xatırlandı

 

  Türkiyənin özəl telekanallarından birində azərbaycanlı jurnalist Səidə Ömərin müəllifi və aparıcısı olduğu “Azərbaycan ruzigarı” verilişinin növbəti sayı görkəmli xalq rəssamı, mərhum Mikayıl Abdullayevin 100-cü ildönümünə həsr olunmuşdu.

  Azərbayanın Əməkdar rəssamı, İstanbul Yeditepe Universiteti Rəssamlıq bölümünün professoru Teymur Rzayevin müəllimi ilə bağlı xatirələrinin paylaşıldığı verilişdə böyük rəssam haqqında süjet göstərilib, rəsmləri barədə məlumat verilib, xüsusilə, onun yaradıcılığında əsas yer tutan, əvəzolunmaz Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinə çəkdiyi illüsstriasiyalardan bəhs edilib.  

  Mikayıl Abdullayevin kətan üzərində çəkdiyi "Qarabağda isti bir gün" yağlı boya tablosunun kolleksiyasında yer aldığı və bu əsəri tədbirlərdən birində Türkiyədə səfərdə olan Azərbaycan mədəniyyət naziri Anar Kərimova təqdim etdiyi ilə bağlı T.Rzayev belə deyib: “Mən ustadın bu əsərini Qarabağın baş şəhəri Şuşada açılan sənət muzeyinə bağışladım”.

  “Azərbaycan ruzigarı” verilişində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (Türksoy) təşkilatçılığı ilə Mikayıl Abdullayevin 100 illiyi münasibətilə keçirilən silsilə tədbirlərdən də danışılıb.



Әlaqәli Xәbәrlәr