Fransada olimpiada çayda keçiriləcəkmi?

Fransanın Daxili Təhlükəsizlik Departamenti “B planı”na keçməyi tövsiyə edib

2121865
Fransada olimpiada çayda keçiriləcəkmi?

 

  Fransanın Daxili Təhlükəsizlik Departamenti respublikanın Daxili İşlər Nazirliyinə olimpiadanın açılış mərasimini çayda keçirməkdən imtina etməyi və “B planı”na keçməyi tövsiyə edib.

  “Europe 1” radiosu məlumatına görə, çay paradının hazırkı formatının olduğu kimi qalması çox risklər yaradır.

  Analitiklər kütləvi terrorizmin Fransaya qayıdışından qorxurlar. Mümkün risklərə avtomobili izdihamın üzərinə sürə və ya odlu silahla hücum edə bilən terrorçular daxildir.

  Bundan əlavə, Rusiyada “Crocus City Hall”da törədilən terror aktı fonunda Fransa terror təhlükəsinin səviyyəsini maksimuma qaldırıb. Fransa təhlükəsizlik qüvvələrinin məlumatına görə, buna səbəb İŞİD terror qruplaşmasının fəaliyyətinin aktivləşməsidir.

  Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 26-da Sena çayında təşkil olunacaq. Olimpiada avqustun 11-dək davam edəcək.



Әlaqәli Xәbәrlәr