FİFA 2023-cü il Klublararası Dünya Çempionatı

2023-cü ildə 20-cisi olacaq idman tədbirinə Ciddədəki “King Abdullah Sports City” və Şahzadə Abdullah əl-Feysal stadionları ev sahibliyi edəcək

2075146
FİFA 2023-cü il Klublararası Dünya Çempionatı

 

  Səudiyyə Ərəbistanının ev sahibliyi edəcəyi FİFA 2023-cü il Klublararası Dünya Çempionatı 12 dekabrda başlanır.

  2023-cü ildə 20-cisi olacaq idman tədbirinə Ciddədəki “King Abdullah Sports City” və Şahzadə Abdullah əl-Feysal stadionları ev sahibliyi edəcək.

  FİFA-ya bağlı 6 konfederasiya və ev kvotasından son liqa çempionlarının mübarizə aparacağı çempionatda dekabrın 12-də ilk turun açılış matçı keçiriləcək. Bu yarışda Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandası Türkiyə vaxtı ilə saat 21.00-da “King Abdullah Sports City” stadionunda Okeaniya Futbol Konfederasiyası (OFC) Çempionlar Liqasının çempionu “Auckland City” - “Oklend Siti” (Yeni Zelandiya) komandası ilə qarşılaşacaq. Bu turu keçən tərəf Afrika Futbol Konfederasiyası (CAF) Çempionlar Liqasının qalibi olan "Əl-Əhli"nin (Misir) ikinci mərhələdəki rəqibi olacaq.

  İdman tədbirində “Əl-İttihad”, “Auckland City'yi” və “Əl-Əhli” ilə yanaşı, “Manchester City” (İngiltərə), “Fluminense” (Braziliya), “Urawa Red Diamonds” (Yaponiya) və “Leon” (Meksika) klubları var.

  Turnirə yarımfinal mərhələsindən başlayacaq komandalardan biri olan "Fluminense" ilk matçını 18 dekabr bazar ertəsi, "Mançester Siti" isə 19 dekabr çərşənbə axşamı keçirəcək.



Әlaqәli Xәbәrlәr